Ölkə futbolu

Vəli Qasımov: “Tam hazır olmalıyıq”

“Neftçi”nin baş məşqçisi Vəli Qasımov ölkə çempionatının ilk turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri səfər matçı öncəsi fikirlərini bölüşüb. 

İdmanxeber.com-un məlumatına görə, o, klubun rəsmi saytına açıqlamasında bunları bildirib: 

“Ölkə çempionatında yeni mövsüm başlanır. Fikrimcə, çoxlu sayda maraqlı oyuna şahidlik edəcəyik. Bütün rəqiblərlə qarşılaşmalara tam hazır vəziyyətdə çıxmalıyıq. Çempionat uzun marafon olsa da, arxayınlaşmaq olmaz. İlk matçımızı səfərdə AZAL klubuna qarşı keçirəcəyik. Oyuna hazırlığımızı artıq başa vurmuşuq. Baxmayaraq ki, heyətlə bağlı çətinliyimiz var. Son Avroliqa matçında zədələnmiş Vançe Şikov düşərgədə olsa da, hələ müalicəsini davam etdirir. Ümid edirəm ki, tezliklə tam hazır olacaq. Yaxın günlərdə əməliyyat olunmuş Elşən Abdullayev də bizə kömək edə bilməyəcək. Araz Abdullayev isə məşqdə ikili mübarizə zamanı zədə aldığı üçün onu meydana buraxmaqla risk etmək istəmirik. Əsas heyətin 3 aparıcı futbolçusunun olmaması işimizi müəyyən qədər çətinləşdirsə də, onların əvəzinə meydana çıxacaq futbolçulara da inanırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43