Ölkə futbolu

“Viktoriya”nın baş məşqçisi: “Qarabağ”a da qol lazımdır”

“Bakıdakı oyunda hər iki komanda qol vurmalıdır. Mərhələ keçmək üçün tək bizə deyil, “Qarabağ”a da qol lazımdır”.

İdmanxeber.com-un apa-ya istinadən verdiyi məlumata görə, bu sözləri “Viktoriya”nın baş məşqçisi Roman Pivarnik deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Çexiya təmsilçisinin baş məşqçisi sabah Bakıda baş tutacaq qarşılaşma haqda fikirlərini açıqlayıb: “Təbii ki, meydan sahibləri evdə oynadığından qol buraxmamaq haqda da daha çox düşünəcəklər. Bütün bunları nəzərə alıb, pley-off şanslarının bərabər olduğunu deyərdim. Azərbaycanda bizim cari mövsümdəki avrokubok taleyimiz həll olunacaq. Biz bu addımı atıb, çıxışımızı Çempionlar Liqasında davam etdirməliyik”.

 

Qeyd edək ki, iyulun 26-da Plzendə keçirilən qarşılaşmada 0:0 hesabı qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43