Ölkə futbolu

“Viktoriya”nın baş məşqçisi: “Rəqib haqda xeyli məlumat əldə edə bilərik”

“Viktoriya”nın baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Pivarnik III təsnifat mərhələsindəki potensial rəqibləri haqda bunları bildirib:

“Mövcud potensial rəqiblər arasından seçim edə bilməzdik. Növbəti mərhələdə qarşılaşacağımız komanda ilə görüşdə qələbə qazanmağa çalışacağıq. Gələcək həftə Lüksemburqda “Düdelanj” və “Qarabağ” arasında cavab matçı olacaq. Həmin oyunu canlı izləmək istərdim. Əlbəttə, belədə rəqib haqda xeyli məlumat əldə edə bilərik”. 

Qeyd edək ki, “Qarabağ” “Düdelanj” (Lüksemburq) səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq. Çexiya çempionu ilə ilk görüş səfərdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43