İdman

VOLEYBOL: Avropa çempionatı Azərbaycanda keçiriləcək

Qadın voleybolçular arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatına Azərbaycan və Gürcüstan ev sahibliyi edəcək.

İdmanxeber.com-un məlumatına görə, qərar Avropa Voleybol Konfederasiyasının Antalyada baş tutan konqresində qəbul edilib.

Bir qrup oyunu və 1/4 final matçlarını çıxmaqla (Gürcüstan) digər bütün görüşlər Azərbaycanda keçiriləcək. Qarşılaşmaların Bakı və Qubada oynanılması planlaşdırılıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə komanda idman növlərində böyüklər arasında Avropa və Dünya çempionatı keçirilməyib. AVRO-2017 bu cəhətdən də tarixə düşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43