İdman

Voleybol: Millimizin mundialdakı rəqibləri bəlli oldu

Qadın voleybolçulardan ibarət millimizin 2018-ci ildə Yaponiyada keçiriləcək  dünya çempionatındakı rəqibləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, püşkə əsasən, komandamız ABŞ, Rusiya, Cənibi Koreya, Tailand və Trinidad və Tobaqo yığmaları ilə birgə C qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı gələn il  29 sentyabr – 20 oktyabrda Yaponiyanın 6 şəhərində – Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43