Ölkə futbolu

Vüqar Nadirov geri döndü – RƏSMİ

“Qarabağ”ın yetirməsi olan Vüqar Nadirov yenidən komandaya qayıdıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,  futbolçu ilə bir illik müqavilə imzalanıb. 

Vüqar Nadirov peşəkar karyerasına “Qarabağ”da başlayıb və 2004-cü ilə qədər komandada forma geyinib, 2009-cu ildə yenidən komandaya qayıdan Nadirov 6 il yenidən “Qarabağ” forması geyinib. Nadirov komandamıza dönüşü haqda öz fikirlərini bildirib:

 

“Olduqca sevincliyəm, bir ağdamlı, şəhid balası kimi yenidən “Qarabağ”a qayıtdım. Əlimdən gələni edəcəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var,  “Qarabağ”da da məşqlərdə əlimdən gələni edəcəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il idi ki, bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacam həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim.

“Qarabağ” azarkeşləri bizim ürək yerimizdir. Çalışacam ki, onları sevindirim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43