Kateqoriyasız

“Xəzər Lənkəran”ın stadionundan oğurluq edən şəxs tutuldu

“Xəzər Lənkəran”ın stadionundan külli miqdarda oğurluq edilib.

Rayon ərazisindəki stadiondan dəyəri 33500 manat olan kabelləri oğurlanıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən rayonun Sütəmurdov  kənd sakini, əvvəllər məhkum olunmuş A.Şərifli saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbiristanlıqdan metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43