Bu gün Premyer Liqanın 20-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qonaq edəcək.
Matç öncəsi qalmaqallar səngimək bilmir. İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, cənublu fanatlar bu dəfə rəqib komandanı təhqir ediblər. Belə ki, XL-in azarkeşləri "Neftçi"nin avtobusunun üzərindəki loqonu cızaraq üzərinə "Xəzər Lənkəran" yazıblar.