Ölkə futbolu

“Xəzər Lənkəran” mərkəzi stadionunun ot örtüyü nə vaxt yenilənəcək? (FOTOLAR)

“Xəzər Lənkəran”ın əsas komandası fəaliyyətini dayandırdıqdan sonra klubun stadionu “ağ-yaşıllar”ın U-17 komandasının istifadəsinə verilib. Komanda ev oyunlarını əsas meydançada, məşqlərini isə yardımçı meydançada keçir.

“Xəzər Lənkəran”ın Premyer Liqada çıxış etdiyi sonuncu mövsümdə  stadionun ot örtüyü acınacaqlı vəziyyətə düşmüşdü. Ötən yay ot örtüyünə müəyyən qulluqlar edilsə də, bu, öz bəhrəsini vermədi. Cənub regionunda, xüsusilə, Lənkəranda qış aylarının həddindən artıq rütubətli keçməsi stadionun ot örtüyünü yararsız vəziyyətə salıb. Lakin bu, hələ son deyil. Belə ki, mart ayında klub rəhbərliyinin iclasında komandanın yenidən bərpa edilməsi haqqında qərar qəbul edilərsə stadionun ot örtüyü yenilənəcək.

Bu barədə saytımıza açıqlamasında klubun direktoru Höccət Hacıyev açıqlama verdi. Onun sözlərinə görə, əgər komanda bərpa olunmasa belə ot örtüyünün yaxşılaşdırılması ilə bağlı müəyyən tədbirlər görüləcək:

“Bildiyiniz kimi, ot örtüyü hazırda yaxşı vəziyyətdə deyil. Lakin biz hələ də gözləyirik. Əgər komanda bərpa olunarsa, ot örtüyü yenilənəcək. Əgər belə bir qərar qəbul edilməzsə, çalışacağıq ki, ot örtüyünün yaxşılaşdırılması ilə bağlı büdcəmizə uyğun olaraq tədbirlər həyata keçirək”.

İdmanxeber.com stadionun ən son fotolarını təqdim edir:idmanxeber.comidmanxeber.comidmanxeber.comidmanxeber.comidmanxeber.comidmanxeber.comidmanxeber.comidmanxeber.com

Yardımçı meydança:

idmanxeber.comidmanxeber.comidmanxeber.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43