Kateqoriyasız

“Xəzər Lənkəran” rəsmən açıqladı: 5 nəfər komandadan kənarlaşdırıldı

“Xəzər Lənkəran”da 5 istefa birdən reallaşıb.

İdmanxeber.com-un məlumatına görə, İclasda aşağıdakı qәrarlar qәbul olunub: komandanın rәisi Sәmәd Mustafayev, onun kömәkçisi Qulam Quliyev, menecer Mario Souza vəzifələrindən azad ediliblər, komandanın hücumçusu Mbilla Etame isə klubdan göndərilib.

Bundan əlavə U-19 komandasının baş mәşqçisi Emin Quliyev vәzifәsindən azad edilib.

“Xəzər Lənkəran” klubu komandadan ayrılanların hamısına gələcək işlərində uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43