Dünyadan

“Barselona” braziliyalı futbolçu transfer etdi

“Barselona” “San-Paulo”nun müdafiəçisi Duqlas Pereyranın transferini rəsmiləşdirib. 

İdmanxeber.com “dailysport”a istinadən xəbər verir ki, Kataloniya klubu 24 yaşlı futbolçu ilə 2019-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Onun transferi “Barselona”ya 4 milyon avroya başa gəlib. Əgər Duqlas La Liqa nəhənginin heyətində müəyyən olunmuş sayda oyun keçirsə, “San-Paulo” daha 1,5 milyon avro qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43