Ölkə futbolu

“Xəzər Lənkəran” sərbəst buraxıldı

Premyer Liqanın VI turunda “Fırtınalar meydanı”nda  “Bakı” klubunu 2:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb.

Bu gün istirahət edəcək komanda sabah yenidən bir araya gələcək. Beləliklə “Xəzər Lənkəran” sabah saat 10:00-da ehtiyat meydançada məşqə çıxacaq. Bununla da komanda AZAL klubu ilə oyunun hazırlıqlarına start vermiş olacaq. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın VII turu çərçivəsində sentyabrın 22-də səfərdə AZAL klubu ilə qarşılaşacaq.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43