İngiltərə Premyer Liqasında IV turun oyunlarına start verilib.
“Arsenal” səfərdə “Sanderlend”in qonağı olub. Qarşılaşmadan “topçular” 3-1 hesablı qələbə ilə ayrılıb. Komandanın yeni transferi Məsut Özil bu oyunda debüt edib və bir qol ötürməsi ilə yadda qalıb.