Dünya futbolu

Ruslan Abışovun komandası “Amkar”a qarşı

Bu gün Rusiya Premyer Liqasının növbəti turunda millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” səfərdə “Amkar”la qarşılaşacaq.

Kazan təmsilçisinin baş məşqçisi Kurban Verdiyevin Abışova şans verib-verməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, “Rubin” 7 turdan sonra 11 xalla 7-ci pillədə qərarlaşıb.

15 sentyabr

19:00. “Amkar” – “Rubin”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43