Kateqoriyasız

“Xəzər Lənkəran” yalanladı: “İlk dəfə sizdən eşidirəm”

“Xəzər Lənkəran” klubunun Rusiya “Terek”indən Maqomed Mitrişevi transfer edəcəyi ilə bağlı yayılan xəbərlərə klubdan münasibət gəlib.

“Ağ-yaşıllar”ın rəsmisi Hüseyn Cəbrayıloğlunun idmanxeber.com saytına verdiyi açıqlamada bu futbolçunun adını ilk dəfə eşitdiyini və bunun yalan informasiya olduğunu bildirib:

“İlk dəfə olaraq sizdən eşidirəm. Bu yalan məlumatdı”.

Qeyd edək ki, Mitrişev həm də Rusiyanın U-21 yığmasının futbolçusudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43