Ölkə futbolu

“Xəzər Lənkəran”da köhnə-təzə xəbər: Rumıniyalı futbolçu Lənkəran yolunda

Türkiyənin Əruzurum bölgəsində yeni mövsümün hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" digər yandan futbolçu axtarışlarına da ara vermir.

İdmanxeber.com-un məlumatına görə, yeni mövsümdən çempionluq və kuboku hədəfləyən Cənub klubunun gündəmini yenidən Florin Çerant tutub.

Bir müddət öncə də "Xəzər Lənkəran"a keçəcəyi gözlənilən rumıniyalının bu dəfə Azərbaycana gəlməsi daha real görünür. Düzdü, futbolçuya Türkiyə klublarından da təkliflər var. Lakin bu komandaların PTT birinci Liqa klubları olduğunu nəzərə alsaq yarımmüdafiəçi Lənkəran klubuna "yox" deməz.

Qeyd edək ki, Çernatın qışda "Xəzər Lənkəran"a gəlməsinə Rizə klubu imkan verməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43