Kateqoriyasız

“Xəzər Lənkəran”da transfer qadağası bitir: Rəhbərlik alternativ yol axtarır

FIFA “Xəzər Lənkəran”a qoyduğu transfer qadağası yanvarın 1-də başa çatır.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu İdmanxeber.com-a açıqlamasında bildirib ki, 600 min dollarlıq cəza ödəniləcəyi təqdirdə komandaya yeni futbolçular cəlb etmək olar:

“FIFA-nın kluba verdiyi cəzanı gələn ay boyunca ödəməliyik. Bunu tam olaraq da etməmək olar. Misal üçün 200 min dollar ödəyib, digər qismini hissə-hissə vermək olar. Hazırda məsələ ilə hüquqşünaslarımız məşğul olur. İnanırıq ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, “ağ-yaşıllar” 600 min dolları 3 sabiq futbolçusu –  Renato Keyruş, Eder Bonfim və Qalin İvanova ödəməlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43