Kateqoriyasız

“Xəzər Lənkəran”dan sonra “Neftçi” də Avropa Klublar Assosiasiyasının həqiqi üzvünə çevrildi

“Neftçi” PFK son illərdə qazandığı nəticələr sayəsində Avropa Klublar Assosiasiyasının (ECA) həqiqi üzvünə çevrilib. Azerisport.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilmiş tədbirdə “Neftçi” PFK-nı klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Gündüz Abbaszadə təmsil edib.

Mərasimdə Avropa klublarının inkişaf perspektivləri və fəaliyyəti barədə müzakirələr aparılıb. Assosiasiyanın iclasında qitənin bəzi klubları mükafatlara layiq görülüb. Almaniyanın “Bavariya” klubu ilin ən yaxşı futbol klubu seçilib. Ən yaxşı inkişafa görə təsis edilmiş mükafat “Borussia” Dortmund klubu nümayəndələrinə təqdim edilib. Belçika təmsilçisi “Genk” ən yaxşı sosial layihə, İtaliyanın “Yuventus” klubu isə ən yaxşı infrastruktur icraçısı mükafatlarına yiyələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43