Kateqoriyasız

Aleksandr Səmədov: “Azərbaycanla oyun mənim üçün xüsusi əhəmiyyət daşımayacaq”

“Azərbaycanla oyun mənim üçün xüsusi əhəmiyyət daşıyırmı? Niyə ki? Azərbaycan tərəfinin mənə yığmada oynamaq təklifi artıq keçmişdə qalıb”. 

Bu sözləri Rusiya yığmasının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayarkən deyib.

O, Rusiya mətbuatına müsahibəsində bunları dilə gətirib:

“Deməzdim ki, bu oyun mənim üçün xüsusi əhəmiyyət daşıyacaq. Adi bir oyun olacaq. Hansı ki, həmin oyunda Braziliyada keçiriləcək dünya çempionatına vəsiqənin taleyi həll olunacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43