Kateqoriyasız

“Xəzər Lənkəran”ı intizarda qoydular

“Xəzər Lənkəran” Antalyada təlim-məşq toplantısını davam etdirir.

Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, həlıə ki, yeni bir şey yoxdur. Komandaya qoşulması gözlənilən bir braziliyalı və bir türk oyunçular hələ də gəlib çıxmayıb. 

Hər iki futbolçunun baxışa gələcəyi bildirilir.  Bundan sonra Mustafa Dənizli bu futbolçular haqda son qərarını verəcək.

Qeyd edək ki, bu futbolçulardan biri müdafiəçi, digəri isə yarımmüdafiəçidi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43