Kateqoriyasız

“Xəzər Lənkəran”ın baş məşqçisi: “Onunla razılığa gələ bilmirik” – MÜSAHİBƏ

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Elbrus Məmmədov idmanxeber.com saytının əməkdaşının suallarını cavablandırıb:

– Artıq qış fasiləsi bitmək üzrədir. “Xəzər Lənkaran” üçün bu fasiləni necə dəyərləndirərdiniz?

– Komandamız çempionata futbolçuların  fiziki baxımından tam hazırdır. Sadəcə taktiki gedişlərdə bir az çatışmamazlıqlar var. Klubumuz gənc futbolçulardan təşkil olunub. Mövqelər arasında əlaqə qurmaqda çətinlik çəkirlər. Bəzi futbolçuların zədəli olması da planlarımızı pozur. İlqar Ələkbərov və Ruslan Cəfərovun yoxluğu mərkəz xəttində problemlər yaradacaq. Əsas məqsədimiz bu çatəşmamazlıqları ardan götürüb çempionata tam hazır vəziyyətdə olmaqdır.

– Ruslan Cəfərov və İlqar Ələkbərovu start heyətdə meydana çıxartmağı düşünürsüz?

– Bəli , adını çəkdiyim oyunçular  “Xəzər Lənkara”ın heyətində önəmli futbolçulardandır. Onlar gələcək oyunlarımızda klubumuzun ilk on birliyində meydana çıxacaq.

– Üçüncü dövrənin ilk turunda Premyer liqanın iddialı klublarından biri “Simurq”la səfər oyununa çıxacaqsınız.

– Azərbaycan çempionatında bütün klublar iddialıdır. Premyer liqada ən gənc komanda “Xəzər Lənkaran”dır. Biz də çalışacağıq ki, çempionatda yaxşı mübarizə aparıb layiq olduğumuz pillədə qərarlaşaq. Bunu gələcəkdə  oyunlarımızla da sübut edəcəyik.

– Bu heyətlə çətin olmayacaq ?

– Qəti şəkildə qorxum yoxdur. Komandama çox  inanıram. Məqsədimiz çempionatda və kubokda maksimum irəliləməkdir. Futbolçularda da o həvəsi hiss edirəm. Antalya toplanışında bütün komanda üzvüləri özlərində o inam hissini yarda bildilər. Təcrübəli oyunçularımız gənc futbolçuları çox dəstək olurlar. Komandamızda yaxşı abu-hava var. Hamı bir-biri ilə çox mehribandır.

– Klub rəhbərliyi qarşınıza hansısa tapşırıqları qoyubmu?

– Klub rəhbərliyinin komandaya heç bir təziqi yoxdur. Sadəcə onlar may ayına kimi özlərini təsdiq edən gənc futbolçuları görmək istəyirlər.

– Əgər onların istəkləri olmasa may ayında yenidən “Xəzər Lənkaran”da dəyişiklik ola bilər?

– Futbolçularımız artıq  özlərini yaxşı tərəfləri ilə təsdiq ediblər. Bütün oyunçular bizim istədiklərimizə tam cavab verir. Onların hələ ki, heç bir səhvləri yoxdur. Amma klub rəhbərliyinin istəyini yerinə yetirə bilməsək dəyişiklik ola bilər.

– Bu an üçün “Xəzər Lənkaran”da ən çox ehtiyyat etdiyiniz mövqe hansıdır?

– Hücum xəttində futbolçuya ehtiyac duyuruq. Tək  bizdə yox bütün klublarımızda mərkəz hüçumçusu çatışmamazlığı var.

– Miça Rednik müsahibəsində qeyd etdi ki, “Xəzər Lənkaran”ın vəziyyəti ürək açan deyil? Sizcə də belədir?

– Bu onun şəxsi fikiridir. Nəyə görə belə düşünür özü izah edər. Mən bu fikirlə razı deyiləm.

– Adrian  Skarlatake klubda qalacaqmı?

– Skarlatake ilə  klub arasında razılıq əldə olunsa komandada qalacaq. Bu gün burda olan futbolçuların hamsı klubun qoyduğu şərtlərlə qəbul edən futbolçulardır.

– Onun burda yoxluğu deməyə əsas verirmi ki, Skarlatake şərtləri qəbul etmir ?

–   Müəyyən şərtlər var ki, Skarlatake ilə razılığa gələ bilmirik. Bəli o bu gün komanda ilə deyilsə, deməli hələ şərtləri qəbul etmir.

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43