Kateqoriyasız

Təyinatlar müəyyənləşdi: Hansı oyun kimə tapşırıldı?

Azərbaycan Premyer Liqasında 19-cu turun hakim təyinatları müəyyənləşib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün keçiriləcək “İnter” – “Sumqayıt” oyunu Orxan Məmmədova tapşırılıb.

30 yanvar (cümə)

“İnter” – “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ömər Paşayev

31 yanvar (şənbə)

AZAL – “Neftçi”

Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, Əliyar Ağayev

1 fevral (bazar)

“Simurq” – “Xəzər Lənkəran”

Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Elman Musayev, Xəlil Xəlilov

“Bakı” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rza Məmmədov, Ramil Əhmədov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43