Kateqoriyasız

“Xəzər Lənkəran”ın baş məşqçisi: “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır”

Sonuncu çempion “Qarabağ” Az’rbaycan Premyer Liqasının XXV turunda “Xəzər Lənkəran”ı məğlub etdi – 1-0.

Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Qarabağ”a qarşı oynadığımızı nəzərə alsaq, futbolçulardan razı qaldım. İkinci hissədə bir qədər problem oldu. Ona görə də qol buraxdıq. “Qarabağ”la bağlı xoş sözlər demək olar. Rəqib Azərbaycanın ən güclü komandasıdır. “Qarabağ”da boşluqlar tapmaq çox çətindir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43