Ölkə futbolu

“Neftçi” – “İnter” Məşqçi Fikirləri

Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi”nin qonağı olan “İnter” 2-0 hesablı qələbə qazandı.

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Belə oyuna şərh vermək çətindir. Tam üstünlüyümüzlə keçən oyunda məğlub olduq. Gözlənilməz bir şəraitdə qol buraxdıq. “İnter”in iki hücumu oldu və onlar bundan maksimum yararlandılar.  Biz isə şanslarımızdan istifadə edə bilmədik. Bütün bunlara baxmayaraq, həyat davam edir”.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Gərgin oyun keçdi. İlk üçlükdə qərarlaşan komandaların oyunda belə gərginlik olur. Düşünürəm ki, keyfiyyətli oyun alınmadı, daha çox mübarizəli bir oyun izlədik. Düzdür, “Neftçi”də və “İnter”də keyfiyyətli oyunçular var. Amma bu tip oyunlarda emosiya yüksək olur. Külək oyuna təsir etsə də, oyunçularım işin öhdəsindən gəldilər. Futbolçularım rəqibin səhvindən yararlanaraq, 2 qol vurdular”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43