Kateqoriyasız

“Xəzər Lənkəran”ın bu duruma düşməsini heç kim istəmir”

Azərbaycan Premyer Liqasının 35-ci turunda “Xəzər Lənkəran”ı qonağı olan “Sumqayıt” rəqibi üzərində əzmkar qələbə qazanıb – 2:1. 

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmadan sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasov qələbəni şərh edib.

O, bunları deyib: “Qalib gəlmək üçün burada idik. Bu qələbə bizə çox vacib idi. “Sumqayıt” yarandığı ildən bu yana tarixində ən çox xalı yığdı. Ən azından öz fanatlarımza bu sevinci bəxş edə bildik. Düzdü, bu, avrokuboklara getməyimiz üçün yetərli deyil. Gərgin oyun oldu. Uşaqlara halal olsun. “Xəzər Lənkəran”ın bu duruma düşməsini heç kim istəmir. İnşallah, əvvəlki komandanı yenidən görərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43