Ölkə futbolu

“Xəzər Lənkəran”ın futbolçusu azarkeşlərə səsləndi: “Bizə inansınlar”

“Fasilədə cəmi bir yoxlama oyunu keçirdik. Bilirik ki, çatışmamazlıqlar olacaq. Az oyun keçirsək də, məşqlərimizi fiziki hazırlıq üzərində keçirdik. Buna rəğmən çətin olacağını bilirik”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Zaman Mirzəyev deyib.

Cənub klubunun gənc üzvü “Rəvan”la sabah keçirəcəkləri oyun haqda fikirlərini səsləndirərək, azarkeşlərə müraciət edib:

“Demək olar ki, biz oyunçu baxımından yenidən qurulmuş komandayıq. Azarkeşlərimiz həmişə bizə inanıblar, dəstəkləyiblər. Sizin vasitənizlə azarkeşlərə səslənirəm, onlar bizi dəstəkləsinlər, inansınlar, biz də onları “Rəvan”la oyunda sevindirmək üçün əlimizdən gələni edək”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Rəvan” matçı sabah saat 13:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43