Ölkə futbolu

“Xəzər Lənkəran”ın futbolçusu ən yaxşı seçildi

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu Yunanıstana qarşı keçirib. (1:1)

Milli komandamızın heyətində oyunun ən yaxşısı Elnur Cəfərov olub. “Xəzər Lənkəran”ın üzvü 43-cü dəqiqədə rəqib qapısına yol tapıb. Yunanıstan yığmasının heyətində isə 90+7-ci dəqiqədə bərabərlik qoluna imza atan Effimios Koulouris seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43