Kateqoriyasız

“Xəzər Lənkəran”ın futbolçusu “Qəbələ”də?

“Xəzər Lənkəran”ın üzvü İbrahim Qədirzadə Premyer Liqa klublarının hədəfindədi.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, fəaliyyətini dayandıran Lənkəran klubunun gənc üzvü ilə “Qəbələ” və AZAL-ın maraqlandığı məlum olub.17 yaşadək futbolçulardan ibarət millimizin də şərəfini qoruyan istedadlı futbolçu Türkiyə PTT birinci liqa klublarından birinin maraq dairəsində olsa da, Qədirzadə karyerasını vətəndə davam etdirmək istəyib. Məhz buna görə də, adı açıqlanmayan türk klubuna “yox” cavabı verilib.

Qeyd edək ki, başa çatan 2015-2016 mövsümündə XL-də 15-dən çox oyuna çıxan İ.Qədirzadə 2 qol vurub, 1 məhsuldar ötürmə verib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43