Ölkə futbolu

“Kəpəz”dən növbəti transfer (ÖZƏL)

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Kəpəz” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, Gəncə təmsilçisi “Zirə”dən ayrılan Nicat Qurbanovu heyətinə qatır.

“Qartallar”da əsas heyətə düşməkdə çətinlik çəkən və buna görə də, komandadan ayrılan Qurbanov “Kəpəz”lə müqavilə bağlayacaq.

Qeyd edək ki, N.Qurbanov mövsümün əvvəlində “Neftçi”dən “Zirə”yə keçmişdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43