Kateqoriyasız

“Xəzər Lənkəran”ın yeni baş məşqçisinin adı məlum oldu – RƏSMİ

“Xəzər Lənkəran” Futbol Klubunun baş məşqçisi postuna Oğuz Çetin təyin olundu.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,  ötən ilin dekabrından etibarən Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan Çetin, çempionatın son 4 turunun oyunlarına komandanı baş məşqçi əvəzi qismində çıxarmışdı.

“Fənərbağça”, “Erciyesspor”, “Genclerbirliyi” və “Diyarbakırspor” klublarını çalışdırmış Oğuz Çetin 5 il müddətində Türkiyə milli komandasının məşqçilər korpusunda yer alıb. “Xəzər Lənkəran”a gəlişindən öncə işlədiyi son klub “Boluspor” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43