Kateqoriyasız

“Xəzər Lənkəran”la oyunda yalnız bir məqsəd var” – “Neftçi”nin futbolçusu

Bu gün Topaz Premyer Liqasında 20-ci turun oyunlarına start verilib.

İDmanxeber.com-un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Neftçi” öz meydanında Premyer Liqanın aşkar autsayderi “Rəvan”ı sınağa çəkib. “Bakcell Arena”da keçirilən oyunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb – 1:1.

Oyundan sonra meydan sahiblərinin futbolçusu Elşən badullayev bunları deyib:

“Rəqib yaxşı müdafiə olunurdu. Oyun gedişində düşüncəmiz yalnız qol vurub qələbə qazanmaq idi. Təssüflər olsun ki, olmadı, alınmadı. Yəqin ki, rəqibi düzgün qiymətləndirmədik, xal itkisi də buna görə oldu. “Xəzər Lənkəran”la oyunda yalnız bir məqsəd var, qələbə qazanmaq. Bu gün “Rəvan” da bizə göstərdi ki, bütün rəqiblərə hörət etmək lazımdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43