Kateqoriyasız

Əsgər Abdullayev: “Futbolçuların göstərdiyi oyundan narazı qaldım”

Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi” doğma meydanında “Rəvan”ı qəbul edib. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

“Bütövlükdə istənilən futbolçumuz zəif oynadı. Futbolçuların göstərdiyi oyundan narazı qaldım. Oyuna hazırlıq zamanı rəqibin hansı səviyyədə olmasını düşünmək lazım deyil. Rəqibi reytinqə bölməyə ehtiyac yoxdur. İstənilən komandanı dərk etmək lazımdı. Yəqin futbolçularımız bunu dərk etmirlər. Hakim idarəçiliyi haqda danışmaq istəmirəm. Bu gün “Neftçi” öz oyununu oynamadı. Bunun səbəbi nədir? Bu barədə müzakirə aparacağıq.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43