Kateqoriyasız

“Xəzər Lənkəran”lı məşqlərə başladı

Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın gənc futbolçusu Uğur Pamuk komanda ilə birgə məşqlərə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, Uğur Pamuk ayağına maye yığılması səbəbindən bir neçə müddət məşqlərdə iştirak edə bilmirdi. Gənc futbolçu zədəsini sağaldaraq artıq “ağ-yaşıllar”ın heyətinə qayıdıb və məşqlərə başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43