Dünya futbolu

Argentina yarımfinalda, Braziliya mundialla vidalaşdı – YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında Braziliya Xorvatiya ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtda qalib müəyyənləsməyib. Cütün taleyinə penaltilərdə aydınlıq gəlib. Burada isə daha dəqiq oynayan avropalılar mərhələ adlayıb.

Digər matçda Argentina millisi Niderlandı penaltilər seriyasında məğlub edib və yarımfinala yüksəlib.

Bu cütlərin qalibləri yarımfinalda üz-üzə gələcək.

Dünya çempionatı
1/4 final mərhələsi

9 dekabr

Xorvatiya – Braziliya – 1:1 (penaltilər 4:2)
Qollar: Bruno Petkoviç, 117 – Neymar, 105

Niderland – Argentina – 2:2 (penaltilər – 3:4)
Qollar:
 V.Veqorst, 83, 90+11 – N.Molina, 35, L.Messi, 73


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43