Dünya futbolu

Xorvatiya – Türkiyə matçı hansı kanallarda?

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində qardaş Türkiyə millisi səfərdə Xorvatiya ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, qrupda 1-ci – 2-ci yerləri bölüşən kollektivlərin dueli ölkəmizdə canlı yayımlanacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçı “CBC Sport” mavi ekranlara daşıyacaq.

Azarkeşlər həmçinin oyunu “TRT 1” və Rusiyanın “Match Premier” kanallarından da canlı izləyə biləcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43