Maqazin

“Qarabağ”ın legionerləri Bakıda toyda iştirak etdilər – FOTO+VİDEO

“Qarabağ”ın əsas komandasının işçisi Çingiz Zeynalov subaylığın daşını atıb.

İdmanxeber.az-ın məlumatına görə, klubun adminstratorunun şad gününə rəsmi əməkdaşlar, məşqçilər və futbolçular qatılıb.

Klubun Sosial Media Meneceri Mehman Əşrəfovun instaqram hesabında paylaşdığı videolar izləyicilərin marağına səbəb olub. Julio Romao, Kevin Medina, Redon Cica, Leandro Andradenin Azərbaycan mahnıları sədasında rəqsi sosial şəbəkədə geniş yayılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43