Dünya futbolu Milli komanda

“Xorvatiyanın Azərbaycanı udması heç nəyi dəyişmir” – Qaret Beyl

Uels millisinin futbolçusu Qaret Beyl ölkəsinin mətbuatına müsahibə verib. AÇ-2020-nin seçmə mərhələsində millimizin də yer aldığı E qrupundakı mübarizələrini dəyərləndirən “Real”ın hücumçusu iddialı danışıb:

“Hədəfimiz seçmə mərhələni qrup lideri kimi başa vurmaqdır. Bəli, Slovakiya və Xorvatiya artıq ilk qələbələrini qazanıblar. Amma bu, heç nəyi dəyişmir. Asan qrupda deyilik, böyük turnirlərə çıxmaq çətindir. Lakin biz buna hazırıq”.

Qeyd edək ki, Uels bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq. Rayan Giqqzin komandası evdə Slovakiya ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43