Dünya futbolu

Yeni reytinq cədvəli – Azərbaycan klubları neçəncidir ?

Avrokuboklarda bu həftə keçirilən matçlardan sonra UEFA-nın reytinq siyahısında dəyişikliklər olub.

Çempionlar Liqasında “Real”ı mübarizədən kənarlaşdıran “Ayaks” 3 pillə qabağa düşüb və 21-cı sıraya yüksəlib.
Azərbaycan klublarınında isə ən yaxşı nəticə “Qarabağ”dadı. Ağdam klubu 22.000 xalla 69-cu sırada qərarlaşıb. Təmsilçimiz bu mövqeyi “Leypsiq” (Almaniya), “Feyenoord” (Hollandiya) və “Lester Siti” (İngiltərə) ilə bölüşür.

“Qəbələ” 164-cü sıradakı mövqeyini qoruyub. “Qırmızı-qaralar” 6.250 xala sahibdi. “Keşlə”, “Neftçi”, “Kəpəz” və “Zirə” isə 3.800 xalla 273-276-cı yerləri bölüşür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43