İdman

Yeni transferlər “Sumqayıt”ın düşərgəsinə qoşuldu

“Sumqayıt” mövsümün ikinci yarısının hazırlığına start verib. 

İdmanxeber.com klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün saat 11:00-da 2018-ci ildəki ilk məşqini keçirib.

 

Heyətə yeni cəlb olunmuş futbolçular – Elnur Abdullayev, Nicat Qurbanov və Ülvi İsgəndərov, həmçinin əvəzedici komandanın iki üzvü də hazırlıq prosesində iştirak edib.

 

Təxminən 20 dəqiqəlik qaçışın ardından komanda bəzi fiziki göstəricilərin artırılması yönündə çalışıb. Məşqin son hissələrində isə toplu çalışmalara üstünlük verilib və iki tərəfli oyunla hazırlıq prosesi yekunlaşıb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43