İdman

Yığmamız Avropa çempionatında Uelsi məğlub etdi

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda ilk turun oyunları keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, Kiprdə keçirilən yarışda A qrupunda mübarizə aparan Azərbaycan millisi ilk matçında Uelslə qarşılaşıb. 

Yığmamız çempionata qələbə ilə start verib – 75:51 (15:8, 26:23, 17:14, 17:6).

 

Millimizin heyətində Səadəttin Donat hamıdan məhsuldar olub – 19 xal. Qrupumuzun digər oyununda meydan sahibləri San-Marinonu darmadağın edib – 80:28. Bu gün baş tutacaq II turda yığmamız Kiprlə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43