Milli komanda

Yığmamız Ukraynaya məğlub oldu

Bu gün 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda ilk turun oyunları başlayıb.

İdmanxeber.com-un məlumatına görə, millimiz Ukrayna seçməsi ilə qarşılaşıb. “Bayıl Arena”da baş tutan oyunda qızlarımız məğlub olub. Belə ki, ukraynalıların heyətində Viktoriya Qolovaç 64-cü dəqiqədə fərqlənərəq, komandasına qələbə qazandırıb.

Qeyd edək ki, millimiz növbəti görüşünü iki gün sonra danimarkalı həmyaşıdlarına qarşı keçirəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43