Kateqoriyasız

Yığmamızın oyunlarının başlama saatı açıqlandı

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək 4-cü qrupunda oyunların başlama vaxtı müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk görüşündə Belçika ilə qarşılaşacaq yığmamızın oyunu saat 21:00-da başlayacaq.

18 mart
18:30. Ukrayna –Danimarka
21:00. Azərbaycan – Belçika           
 
19 mart
18:30. Belçika – Ukrayna
21:00. Azərbaycan –Danimarka
 
21 mart
18:30. Danimarka –Belçika
21:00. Ukrayna – Azərbaycan
 
Qeyd edək ki, oyunlar Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43