Kateqoriyasız

“Qarabağ” mövsümün rekordunu təkrarladı

“Sumqayıt” Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü dəfə heç-heçə ilə kifayətlənib. 
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun komandası 2015-ci ildə keçirdiyi bütün qarşılaşmalarda qolsuz heç-heçəyə nail olub. 
“İnter” və “Bakı”nın ardından AZAL-la da qarşılaşmadan qol vurmadan, 1 xalla ayrılan sumqayıtlılar klub tarixinin ən uzun bərabərlik seriyasını təkrarlayıb. 2012-ci ilin payızında da ardıcıl 3 dəfə heç-heçə edən “Sumqayıt” “Kəpəz” (0:0), “Xəzər Lənkəran” (1:1) və “İnter”lə (0:0) qarşılaşmalarda 1 xal əldə edib.

Qeyd edək ki, mövsümün ən uzun heç-heçə seriyası “İnter”ə məxsusdur – 5 oyun. Bakılılar mövsümün ilk yarısında əvvəl 1:1, ardınca isə 4 dəfə 0:0 hesablı heç-heçəyə imza atıb.

“Qarabağ” Azərbaycan Premyer Liqasında mövsümün rekordunu təkrarlayıb. Qurban Qurbanovun komandası 22-ci turda “Simurq”u 1:0 hesabı ilə məğlub edərək, uğurlu seriyanı 5-ə çatdırıb. 2014-cü ilin sonunda “Xəzər Lənkəran”ı 3:2, “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu il xal itirməyib. “Bakı”nı 4:1, AZAL və “Simurq”u 1:0 hesabı ilə məğlub edən “Qarabağ” çempionatın I dövrəsində imza atdığı 5 oyunluq qələbə seriyasını təkrarlayıb. Çempionatın lideri sonuncu dəfə ötən il dekabrın 14-də “Qəbələ” ilə səfər oyununda xal itirib – 1:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43