Dünya futbolu

Yunanıstan millisinin sabiq üzvü: “Acgöz olsaydım Azərbaycana gedərdim”

Yunanıstan millisinin sabiq futbolçusu İoannis Amantidis Almaniya mətbuatına müsahibə verib. Almaniyanın “Sankt Qallen” klubunun məşqçisi 2011-ci ildə Azərbaycan klublarının birindən təklif aldığını bildirib.

“Bakıda nə edəcəkdim? Mən başqaları kimi acgöz olmamışam. Acgöz olsaydım Azərbaycana gedərdim. Hər zaman belə olmuşam, dəyişən deyiləm”.

“Ştutqart”, “Kayzerslautern” və “Ayntraxt”da çıxış etmiş sabiq hücumçu 29 yaşında futbolçu karyerasını başa vuraraq məşqçiliyə başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43