Ölkə futbolu

Yuri Syomin “Xəzər Lənkəran”la oyundan danışdı

Premyer Liqanın XIII turu çərçivəsində “Qəbələ” səfərdə “Xəzər Lənkəran”la bərabərə qaldı.

Oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Yuri Syomin matç haqda fikirlərini bildirib:

“Belə hava şəraitinə görə çətin oyun oldu,amma maraqlı oyun keçdi. Qarşılaşma epizodunda iki futbolçum zədə aldı. Qələbə qazanmaq istəyirdik, amma olmadı, heç-heçə də pis nəticə deyil. Əlavə edim ki, stadiondan narazı qaldım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43