Dünya futbolu

“Yuventus” amerikalı oyunçunu satacaq

”Yuventus” Veston Makkennini satmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, “qoca sinyora” amerikalı oyunçuya müqavilə uzatmağı təklif etsə də, Makkenni bunu qəbul etməyib. Ona görə də Turin klubu oyunçunu satmağa qərar verib.

25 yaşlı yarımmüdafiəçi 2021-ci ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm A Seriyasında 27 oyuna çıxıb və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43