Dünyadan

“Yuventus”un futbolçusu bıçaq altına düşdü: 3 ay futbol oynamayacaq

“Yuventus”un Dünya çempionatından zədəli dönən təcrübəli futbolçusu Andrea Barzaqli bıçaq altına düşüb.

İdmanxeber.com-un məlumatına görə, “Yuve”nin 33 yaşlı futbolçusu sağ ayaq topuğundan əməliyyat olunub. Finlandiyada baş tutan əməliyyatdan sonra italiyalı müdafiəçinin ən azı 3 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Geridə qoyduğumuz mövsümdə 33 oyunda meydana çıxan Barzaqli İtaliya Superkuboku, A seriyası və Çempionlıar Liqasının ilk turlardakı oyunlarını buraxmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43