Kateqoriyasız

“Rəvan”dan Bayramovun ittihamlarına cavab: “O, bir qədər emosional, çılğın adamdı”

“Rəvan”ın qapıçısı Kamal Bayramovun ittihamlarına klubdan rəsmi mövqə gəlib.

İdmanxeber.com-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Şamo Quliyev bildirib ki, “Rəvan” nəinki Bayramova, heç bir futbolçunun başqa kluba keçməsində maneə yaratmayıb. Sadəcə qapıçı klubun təklifi ilə razılaşmayıb:

“Kamal Bayramov bir qədər emosional, çılğın adamdı. Lakin bu işlər qayda-qanun çərçivəsində, səbrlə həll olunur. Onun “Rəvan” rəhbərliyini başqa komandaya keçidinə əngəl törətməkdə ittiham etməsi düz deyil. Bildiyiniz kimi, müqavilə ilə “Rəvan”a məxsus olan Novruz Məmmədov, Elvin Həsənəliyev, Ceyhun Cavadov, Orxan Lalayev kimi futbolçularımız yeni mövsümdə icarə əsasında başqa klublarda çıxış edəcəklər. Biz onlara heç bir problem yaratmadıq, əksinə başqa klublara icarəyə yollanmaqlarına yardım etdik. Eyni şey Kamal Bayramova da təklif olunub. Rəhbərliklə görüşdə ona deyilib ki, özünə klub tapsın və həmin klubdan bizə rəsmi müraciət olunsun. Həmçinin Bayramova karyerasını “Rəvan”da davam etdirmək də təklif olunub. Hər şey onun özündən asılıdır. Qala da bilər, klub tapıb, gedə də bilər”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43