Kateqoriyasız

Zelinkadan nə fərqiniz var?

Tarix 06.08.2015. Məkan: "Bakcell Arena" Zəfərin adı – "Qəbələ!

Bəli, Avroliqada iki klubumuz pley-off mərhələsinə yüksəldi. "Qarabağ" birgün öncədən məlum idisə, pley-offçular siyahısına "Qəbələ" də adını yazdırdı. Ancaq və lakin… Zəfərə "kölgə salan" məqamlar da az olmadı. Bilmədik qələbəyə sevinək, bilmədik oyunsonrası "vətəndaş müharibəsi"nə üzülək.

Kimin haqqı var idi ki,  Azərbaycan futbolunda baş verən tarixi qələbəyə "ləkə salmağa" cəhd edəydi? Necə ola bilərdi ki, bütün futbol ictimaiəti bu qələbəni doya-doya yazib, bayram etmək əvəzinə, stadionda baş verən bu "qeyri-insani" hadisədən yazıb, danışmalıydı.Heç kimin ağlına belə gəlməzdi ki, Azərbaycan futbolu belə bir uğur əldə edəcək və buna ürəyi istədiyi kimi sevinə bilməyəcək. Bütün bunlara heç kimin haqqı yox idi. Amma çox təəssüf, bunu bacardılar. Bizə nə sevinməyə, nə də qürurlanmağa imkan vermədilər.

Ümumiyyətlə yalnız bu oyunda deyil, ölkəmizdə baş verən bütün matçlarda, elə bir təhlükəsizlik təmin olunur ki, sanki Azərbaycan azarkeşləri dünyanın tanınmış, çılğın azarkeşlərindəndir. Heç vaxtı ilə bütün Avropanı bezdirən ingilis "holiqanlari" belə bu cür davranış görmürlər. Əlbəttə ki, təhlükəsizliyin təmin olunması yaxşı haldır, problem burda deyil. Problem davranışdadı, münasibətdədir.

Nədir axi azarkəşlə polisin arasinda olan "alış-veriş"? Niyə bu qədər aqressif, radikal yanaşılır azarkeşə qarşı? Nə baş vermişdi ki, "Bakcell Arena"nın tribunalarında polislər azarkeşləri başıaşağı yuxarıdan aşağıya atırdılar?İstənilən halda bu cür davranış nə ədər qanuni idi? Əgər səbəb təkcə Türkiyə bayrağı açmaq idisə, bu dahada biabırçı durumdu. O zaman Cavid Hüseynovun oyunun sonunda Türkiyə bayrağı ilə dövrə vurmağı təxribat idi? Məgər o rəsmə görə bu gün biz Türkiyə mediasında öz zəfərimizin əksini tapıb qürurlanmadıq? Nə olur olsun, istənilən halda azarkeşlə barışmaq lazımdır. Bu oyunun gözəlliyi, bu qələbələrin önəmi azarkeşlərdir.

Azarkeşləri stadiona cəlb etmək üçün çalışıb, sonra bu cür davranırıqsa onda bu istəyimiz baş tutmayacaq. Çünki heç kim söyülüb, döyülüb, təhqir olunduğu məkana bir daha ayaq basmaq istəməz.

Təəssüf ki, bir dəfə bizə sevinməyə Miroslav Zelinka imkan vermədi, bu dəfə də siz… Sanki vacib olan qolumuzu saymadınız..

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43