Premyer Liqa

Zenyov zədəsini nə vaxta sağaldacaq?

“Qəbələ” Topaz Premyer Liqasının 12-ci turunda qonaq edəcəyi “Zirə” ilə matçın hazırlığına davam edir.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın hücumçusu Sergey Zenyov prinsipial oyunda forma geyə bilməyəcək. Estoniya millisinin heyətində zədələnən futbolçu, zədəsini sağaltmağa çalışır,

“Zirə” ilə görüşü buraxacaq Zenyov, Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Anderlext”lə oyunda meydanda olacaq.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı noyabrın 19-u, saat 15:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43